Dünyanın ən tanınmış marketinq mütəxəssisləri gələn həftə Bakıda bir araya gəlirlər - FOTO

Dünyanın ən tanınmış marketinq mütəxəssisləri gələn həftə Bakıda bir araya gəlirlər - FOTO
13:22 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

“Twitter”, “Google”, “Rolls Royce”, “Visa”, “Heineken” və “BBC”nin marketinq mütəxəssisləri, qlobal marketinq dünyasının ən son tendensiyaları və çətinliklərini müzakirə etmək üçün 16-17 aprel 2015-ci il tarixlərində Azərbaycanın ən böyük qlobal marketinq tədbiri olan “Marketing Kingdom 3” tədbirində bir araya gələcəklər.

“Nar Mobile”ın “Platinum Sponsor” və “PAŞA Bank”ın “Korporativ Bank Seçimi” qismində dəstəklədiyi “Marketing Kingdom Baku 3” tədbiri “Twitter”in Satış Şöbəsinin Rəhbəri Aliza Noksun heyrətamiz təqdimatı ilə başlayacaq. Bu, “Twitter”dən məruzəçi qonaq edən ilk belə tədbirdir.

İki gün ərzində iştirakçılar “Google” təmsilçisi Alfonso De Qaetanonun təqdimatında mobil marketinq, “BBC” təmsilçisi Məhamməd Kərimin təqdimatında sosial medianın qiymətləndirilməsi, “Visa International” təmsilçisi Noha Başirin təqdimatında sosial medianın gücü, həmçinin “Heineken” təmsilçisi Martina Mişeska, “Danone” təmsilçisi Hasan Kartal və “Fox Networks” təmsilçisi Baris Zaviroğlunun təqdimatında məzmun idarəçiliyi üzrə interkativ mühazirələr dinləyəcəklər.

““Marketing Kingdom Baku”nun üçüncü buraxılışı həqiqətən də tarixi bir hadisədir. Dünyanın ən tanınmış marketinq brendlərinin bir neçəsini bir araya gətirmək bizi çox sevindirir. “Twitter”in ilk dəfə Azərbaycana gəlməsi bizi çox həyəcanlandırır və biz əminik ki, bu tədbir, iştirakçıları ölkədə marketinq liderləri kimi formalaşmaları üçün praktiki vəsaitlərlərlə təmin edəcəkdir.

Tədbirə, demək olar ki, yerlər qalmayıb. Bu səbəbdən, biz iştirakçıları mümkün qədər tez qeydiyyatdan keçməyə və dünyanın ən tanınmış marketinq dahilərindən bəziləri ilə görüşmək imkanını əldən buraxmamağa çağırırıq”, deyə “Marketing Kingdom Baku 3”ün Tədbir Direktoru Kosta Petrov bildirib.

16-17 aprel 2015 tarixlərində Bakıda “Four Seasons” Mehmanxanasında baş tutacaq “Marketing Kingdom Baku 3” tədbiri “The P World” şirkəti və Platinum Sponsor qismində “Nar Mobile” tərəfindən təşkil olunur. “PAŞA Bank” tədbirin “Korporativ Bank Seçimi” kimi iştirak edir.

Tədbir eləcə də trend.az, Boutique Magazine, AIESEC, Day.az, Mak.az, Facemark, Georgia Today və smartskills.az tərəfindən dəstəklənir.

Qeydiyyatdan keçmək və qiymətlərlə bağlı informasiya almaq üçün aşağıdakı linkə daxil olun:

http://www.thepworld.com/pevents/event/92/marketing-kingdom-baku-3






Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/333237.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR