PKK-lı terrorçularla atışma

Türkiyənin Diyarbəkir şəhərində PKK-lı terrorçularla atışma olub.

Metbuat.az xəbər verir ki, Diyarbəkir Jandarma Komandirliyinin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində, Hazro bölgəsində 2 terrorçu öldürülüb. Terrorçulara yardım edən şəxs isə yaxalanıb.

Öldürülən terrorçulardan biri oktyabrın 3-də Jandarma onbaşı Mehmet Kızılcanı şəhid edən “Xebat” təxəllüslü Tanış Memiş olub.

Bölgədəki əməliyyatlar davam edir.

Aysel Yaqubqızı / Metbuat.az

Rusiyada ağır qəza -15 ölü, 5 yaralı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR