Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər saxlanılıb

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər saxlanılıb
12:23 7 Aprel 2015
202 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Aprelin 6-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 59 cinayət faktından 22-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 20 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 4 fakt müəyyən edilib.
Cinayət törətdiklərinə görə 31 nəfər tutulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Cinayet_Mecellesinin_muxtelif_maddeleri_ile_axtarisda_olan_11_nefer_saxlanilib-844195

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR