Madonna: "Seksist cəmiyyətdə yaşayırıq" - FOTO

Madonna: "Seksist cəmiyyətdə yaşayırıq" - FOTO
13:27 7 Aprel 2015
282 Maraqlı
Ölkə mətbuatı
A- A+

"İnsanların yaşamlarını, arzularını və istəklərini məhdudlaşdıran, azadlığı tapdalayan seksist cəmiyyətdə yaşayırıq. Bu cəmiyyətdə kimsə "Mən azadam!" deyə bilmir və bilməz də. Çünki yazılmış qanunlarla yanaşı, yazılmamış qanunlar, tabular, qadağalar həyatımızı idarə edir".
 
Milli.Az bildirir ki, dünya pop-musiqisinin kraliçası, 56 yaşlı Madonna "Cosmopolitan" jurnalının 50 illiyi münasibətilə hazırlanmış yubiley sayına verdiyi müsahibəsində belə deyib.
 
56 yaşlı Madonna 25 il əvvəl, 1995-ci ildə jurnal üçün yarıçılpaq fotosessiyaya çəkilmiş, müsahibə vermişdi.
25 ildən sonra Madonna yenidən jurnalın suallarını cavablayıb.
 
"Hamı dəyişikliklər odduğunu deyir. Belə deyil. Gəlin özümüzü aldatmayaq. Heç nə dəyişməyib. Hər halda qadınlar üçün", - Madonna deyib.
"Rebel Heart"ın ifaçısı müsahibəsində 30 illik karyerasından, yaşamından, problemlərindən və uğurlarından danışıb.
 
Milli.Az
 











Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/23957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR