Türkiyə Prezidenti İrana səfər edib

12:28 7 Aprel 2015
47 Dünya
Ölkə mətbuatı
A- A+


Tehran, 7 aprel, AZƏRTAC
Aprelin 7-də İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin dəvəti ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkəyə rəsmi səfərə gəlib.
İran mətbuatının yaydığı xəbərlərə görə, Türkiyə Prezidentinin rəhbərlik etdiyi nümayəndə heyətinə xarici işlər, iqtisadiyyat, energetika nazirləri və iş adamları daxildir.
Səfər çərçivəsində R.T.Ərdoğan Prezident H. Ruhani və İran İslam İnqilabının Ali Rəhbəri Ayətullah Əli Xamneyi ilə də görüşəcək. Görüşlərdə ikitərəfli əməkdaşlıqla yanaşı, regional təhlükəsizlik məsələləri də müzakirə ediləcək. Həmçinin Tehranda Türkiyə və İranın iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.

Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_Prezidenti_Irana_sefer_edib-844199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR