İraqın Tikrit şəhərinin ərazisində kütləvi məzarlıqlar aşkar olunub

İraqın Tikrit şəhərinin ərazisində kütləvi məzarlıqlar aşkar olunub
13:37 7 Aprel 2015
56 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 7 aprel. REPORT.AZ/ Uzun müddət ərzində "İslam Dövləti" qruplaşmasının (İŞİD) nəzarəti altında olan İraqın Tikrit şəhərinin ərazisində 12 kütləvi məzarlıq aşkar olunub. Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Məzarlıqları onların yaxınlığında tapılan və 10 ay əvvəl Tikritdəki Şpixer əməliyyat bazasından qaçırılan gənc çağırışçılara məxsus ola biləcək sənədlər aşkar etməyə kömək edib. Bir müddət əvvəl bildirilib ki, o zaman İŞİD yaraqlıların hərəkətləri nəticəsində hərbi bazadan 1 660 hərbçi itkin düşüb. Mütəxəssislərin fikrincə, məhz bu məzarlarda həmin hərbçilərin meyitləri var. 
"Hazırda biz 20 cəsəd tapmışıq. İlkin məlumatlara görə, onlar Şpixer qurbanlarına məxsusdur", - İraq Səhiyyə Nazirliyinin nümayəndəsi Xalid əl-Atbi bildirib. 
İraq mərkəzi hökumətinin silahlı qüvvələri martın 2-də 250 min əhalisi olan Tikritin İŞİD yaraqlılarından azad olunması üzrə fəaliyyəti aktivləşdirib. 

Xəbərin orijinal ünvanı: http://report.az/diger-olkeler/i-raqin-tikrit-seherinin-erazisinde-kutlevi-mezarliqlar-askar-olunub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR