“Dalniy Vostok” gəmisinin sahibi təzminat ödəmək üçün vəsait axtarır

“Dalniy Vostok” gəmisinin sahibi təzminat ödəmək üçün vəsait axtarır
13:38 7 Aprel 2015
45 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Oxot dənizində qəzaya uğrayan “Dalniy Vostok” gəmisinin sahibi - “Magellan” kompaniyası qəza zamanı xəsarət alanlara və həlak olan dənizçilərin ailələrinə təzminat ödəmək üçün vəsait axtarır.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə aprelin 7-də jurnalistlərə Rusiyanın Saxalin vilayətinin qubernatoru vəzifəsini icra edən Oleq Kojemyako məlumat verib. “Gəminin sahibi vəsait axtarır. Bu vəsaitin bir hissəsi onlarda var. Bundan başqa, gəmilərdə satılmaq üçün mallar da mövcuddur. Buna görə də kompaniya maaş və ödəniş problemlərini həll edə bilər”, - deyə Kojemyako bildirib.
Bir qədər əvvəl kompaniyanın hesabına qoyulan həbslə bağlı ödəniş edə bilməyəcəyi deyilirdi.
Qeyd edək ki, “Dalniy Vostok” trauleri aprelin 2-nə keçən gecə Oxot dənizində Kamçatka diyarının Krutoqorovski qəsəbəsindən 330 kilometr qərbdə və Maqadandan 250 kilometr cənubda qəzaya uğrayıb. Hadisə zamanı gəminin göyərtəsində 132 nəfər olub. Son məlumata görə, onlardan 63 nəfər xilas edilib, 56 nəfər həyatını itirib, 13 nəfərin taleyi isə hələ də məlum deyil.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dalniy_Vostok_gemisinin_sahibi_tezminat_odemek_uchun_vesait_axtarir-844203

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR