Akif Əlizadə: “Azərbaycanda gənc elmi elita yaradılmalıdır”

Akif Əlizadə: “Azərbaycanda gənc elmi elita yaradılmalıdır”
13:42 7 Aprel 2015
44 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 13:37 ]


Bugünkü tələbələr ingilis dilini zəif bilir, rus dili yaddan çıxarırlar

 

Bakı. Könül Kamilqızı - APA. “Bu il doktoranturaya qəbulla bağlı beynəlxalq dil metodikasından istifadə etməyə qərar verdik. Doktorantları qəbul etmək üçün onlar mütləq bu istiqamətdə sertifikatlarını bizə təqdim etməlidirlər. Daha akademiyanın xarici dil kafedrasının onlara verdiyi dəstəklə kifayətlənə bilmərik”.

 

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə Doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransında çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, bugünkü tələbələr ingilis dilini zəif bilir, rus dili yaddan çıxarırlar. AMEA prezidenti qeyd edib ki, elmi ədəbiyyatın çoxu ingilis və rus dillərində olduğundan bu gün həm rus, həm də ingilis dilini mükəmməl bilmək lazımdır: “Başqa xarici dilləri bilməyin də öz yeri var və onlar nəzərə alınmalıdır. Biz indi başqa ölkələrdə yaradılan elmi dəyərlərdən istifadə edirik, bu da təbiidir. Çünki biz dünya birliyinin bir hissəsiyik. Ancaq hesab edirəm ki, hazırda Azərbaycanda kifayət qədər güclü elmi potensial var. Növbəti illərdə bu potensial xüsusilə gənclərin hesabına daha da güclənəcək. Azərbaycanda çox güclü gənc elmi elita yaradılmalıdır. Bu elita Azərbaycan elmini növbəti 20-30-55 ildə uğurla idarə edəcək”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378697

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR