"28 Cinema"da media nümayəndələri üçün "Bana Masal Anlatma" filmi nümayiş olunub

"28 Cinema"da media nümayəndələri üçün "Bana Masal Anlatma" filmi nümayiş olunub
13:42 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

Aprel ayının 2-də Azərbaycanın premium kinoteatrı “28 Cinema” növbəti dəfə media üçün film nümayişi keçirib. Bu dəfə media nümayəndələri və bloqerlər Türkiyə istehsalı olan “Bana masal anlatma” filmini izləyiblər.

Filmin qəhrəmanı həyatını sürücülük edərək qazanan saf ürəkli və utancaq Rza, məhəlləsinin göz bəbəyi olan bir gəncdir. Lakin doğru bildiyi hər şeyi Ayperi ilə yenidən nəzərdən keçirir. Çünki Ayperi əl atdığı hər şeyi gözəlləşdirən nağıl qəhrəmanı adında bir qızdır. Biri qəhrəman olmaq istəyərkən, digəri isə qəhrəmanının arxasındadır.

Film komediya janrında çəkilib. Filmdə Fatih Artman, Hande Doğandemir, Devrim Yakut, Gökçe Bahadır, Gürkan Uygun kimi məşhur aktyorlar çəkilib. Filmin ssenaristi və rejissoru Burak Aksakdır. “Bana Masal Anlatma” Türkiyədə izləmə rekorduna da malikdir. Belə ki, film artıq 1,5 milyondan çox insan tərəfindən izlənib.

Biletləri kinoteatrın kassalarından əldə etmək mümkündür. Həmçinin kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq əldə edə bilərsiniz və ya 012 499 89 88 və 119 nömrəsinə zəng vurmaqla sifariş edə bilərsiniz.

“28 Cinema” kinoteatrı Enhanced 4K müasir texnologiyasına əsaslanan, Barco yeni nəslindən olan proyektorlar və 3D Xpand texnologiyalı eynəklər təqdim edir. “28 Cinema” “PLATINUM MOVIE SUITES” zalı daxil olmaqla 6 zaldan ibarətdir və kinoteatrın ərazisində “Blackberry” restoranı yerləşir.


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/333241.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR