"Topaz"a qarşı ittiham: "Bizi soyurlar!" - FOTO

"Topaz"a qarşı ittiham: "Bizi soyurlar!" - FOTO
12:47 7 Aprel 2015
206 İdman
Ölkə mətbuatı
A- A+

Belə bir misal var: "Yüz ölç, bir biç".

Bu misalı ölkəmizin yeganə qanuni mərc qurumu olan "Topaz"la eyniləşdirmək olar. Şikayətçilərin Milli.Az-a daxil olan iddialarına görə, "Etopaz.az" saytı pul qoyuluşu edən istifadəçilərini aldadaraq, onların qazandıqları vəsaiti bilavasitə mənimsəyib.

Redaksiyamıza edilən çoxşaylı şikayətlərdən sonra məsələ ilə tanış olub, olayın gerçək tərəfini öyrəndik.

Belə ki, martın 23-ü "etopaz.az" saytında verilən canlı oyunda ilk qolu vuracaq komandaya pul qoyuluşu edən istifadəçilər əməllərinə peşman olublar. Uduş gəldikdən sonra pulu vermək əvəzinə, "Topaz" kuponu uduşsuz kimi qiymətləndirib. Bundan qəzəblənən pul qoyuluşu edən istifadəçilər "Topaz"ın rəsmi Facebook səhifəsində öz etirazlarını bildirdikdən sonra yalnız qoyduqları məbləği geri qaytardılar. Uduşlar isə heç bir səbəb göstərilmədən mənimsənildi. Bir neçə gün sonra isə şikayətləri yatışdırmaq üçün "etopaz.az" pul qoyuluşu edən istifadəçilərə zəng edərək üzr istəyib və onların hesabına 1500 bonus balı "hədiyyə" edib. Yenə də uduşlardan bir xəbər çıxmayıb, hətta "etopaz" günahı boynundan ataraq "Topaz"ın öz səhvi olduğunu bildirib və əlavə edib ki, onların verdiyi əmsalları veriblər yalnız. O gün bu gündür ki, uduşlardan hələ də bir xəbər yoxdur. Şəkildən də aydın olur ki, kupon sahibinin qalib gəldiyi görünür, ancaq içərisinə daxil olduqda isə qırmızı işarə uduzduğunuzu göstərir.

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən "Topaz"ın "call centre" operatoru Xalid İsmayılov bildirdi ki, həmin gün sınaq aparılırdı:

"Topazda canlı oyunları qabaqcadan bildiririk və bir çox yerdə elan edirik. Həmin günə canlı oyun əlavə etməmişdik, sadəcə sınaq üçün bir neçə oyunu keçirmək qərarına gəldik ki, sistemi yoxlayaq. Yoxlanış olduğu üçün əmsallara fikir vermədik. Bu yoxlanışın əsas məqsədi eyni anda bir neçə canlı oyunu təqdim etmək və yenilənmə işlərimizlə tanış olmaq idi. İstifadəçilər çoxlu şikayətlər etdilər bunun üçün. Biz də onların hesabına üzrxahlıq olaraq 1500 bonus xalı göndərdik".

Niyaməddin Şirinov
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/333232.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR