AMEA prezidentindən rektorlara MÜRACİƏT

AMEA prezidentindən rektorlara MÜRACİƏT
13:49 7 Aprel 2015
45 Sosial
Ölkə mətbuatı
A- A+

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti ali məktəb rəhbərlərinə müraciət edib.

 

APA-nın xəbərinə görə, AMEA prezidenti Akif Əlizadə Doktorantların və gənc tədqiqatçıların XIX respublika elmi konfransında daha çox alimi ali məktəblərdə mühazirə oxumağa dəvət etməyə çağırıb. Onun sözlərinə görə, tələbələr də alimlərin laboratoriyalarına göndərilməlidir: “Sırf tədris proqramları kifayət etməz. Biz Təhsil Nazirliyindən də xahiş etmişik və yəqin ki, bu məsələyə baxarlar. Bu gün tədris proqramları elmin nailiyyətləri ilə mütləq bir səviyyəyə gətirilməlidir”.

 

A.Əlizadə qeyd edib ki, bu gün gənclər Azərbaycan elmində artıq bir məktəb yaradıblar. AMEA prezidenti bu il akademiyada ilk dəfə olaraq magistratura pilləsinin yaradılmasını xatırladaraq vurğulayıb ki, bu da gələcəkdə elmin inkişafı üçün çox vacibdir.

 

Akif Əlizadə noyabrın 25-də akademiyanın 70 illik yubileyinin qeyd olunacağını da açıqlayıb.

 

 

 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198484

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR