Üç ayda 33 bədbəxt hadisə

Üç ayda 33 bədbəxt hadisə
13:51 7 Aprel 2015
58 Sosial
Ölkə mətbuatı
A- A+

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən iş yerlərində əməyin mühafizəsinin qanunvericiliyə uyğun təşkilinə dövlət nəzarətinin gücləndirilməsi, habelə bu sahədə davamlı olaraq aparılan təbliğat-məlumatlandırma işləri istehsalatda baş verən bədbəxt hadisələrin sayının getdikcə azalması ilə müşahidə olunur.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə bildirilib ki, DƏMX tərəfindən bu ilin yanvar-mart aylarında istehsalatla əlaqəli 33 bədbəxt hadisə qeydə alınıb ki, bu da ötən ilin ilk rübü ilə müqayisədə 40 faiz azdır. Bu hadisələr nəticəsində həlak olanların sayı 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 50 faiz azalaraq 8 nəfərə, xəsarət alanların sayı isə 49 faiz azalaraq 25 nəfərə enib. Ötən ilin ilk rübündə istehsalatla əlaqəli qrup halında 10 bədbəxt hadisə baş verdiyi halda, cari ilin ilk üç ayında belə hadisə qeydə alınmayıb.

Baş vermiş istehsalat qəzaları ilə əlaqədar DƏMX tərəfindən qanunvericiliyə uyğun qaydada təhqiqat işləri aparılaraq, konkret tədbirlər görülüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=113&nid=336365

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR