Ata oğluna donor oldu - 8 saatlıq əməliyyat

Azərbaycanda daha bir unikal əməliyyat icra olunub.

Metbuat.az xəbər verir ki, əməliyyat haqqında məlumat verən Mərkəzi Neftçilər Xəstənanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi bildirib ki, əməliyyat uzun illər qaraciyər sirrozundan əziyyət çəkən 17 yaşlı pasiyent üzərində icra edilib. Xəstə R. Bəşirova qaraciyər köçürülüb.

Əməliyyatın unikallığı ondan ibarətdir ki, yeganə donoru olan atasının qaraciyərinin sağ payında ciddi anatomik anomaliya müşahidə edilib. Bu səbəbdən ciyərin sağ payını istifadə etmək mümkün olmayıb. Pasiyentin vəziyyəti getdikcə pisləşib, koma halına qədər ağırlaşıb. Belə olan halda operativ vəziyyətdə yeganə donor olan atanın qaraciyərinin sol payını köçürmək qərarı verilib:

“Bu texniki olaraq çətin və ağır bir əməliyyatdır. Belə ki, sol payda iki arterial damar keçir və həcim olaraq bunun ölçüləri uyğun olmalıdır. Bütün bu risklər öncədən analiz edilib, xəstənin həyatı göstərişləri öyrənilib və əməliyyata alınıb. 8 saat davam edən əməliyyat texniki çətinliklə də olsa, müvəffəqiyyətlə nəticələnib”.

Həkimin sözlərinə görə, xəstə və donorunun müalicəsi başa çatıb. Hər ikisi evə yazılıb.

Aysel Yaqubqızı / Metbuat.az

Həftədə 2 dəfə bir ovuc çərəz yeyin - Min dərdin dərmanı

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR