Bir ay əvvəl törədilən oğurluğun üstü açıldı - VİDEO

Bir ay əvvəl törədilən oğurluğun üstü açıldı - VİDEO
12:54 7 Aprel 2015
40 Digər
Ölkə mətbuatı
A- A+

Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi qeydə alınıb. Hadisə martın 6-sı saat 20:30 radələrində İnarə Orucovaya məxsus mənzildə qeydə alınıb.

Belə ki,  48 yaşlı Tərtər sakini Zakir Verdiyev eyvandan mənzilə daxil olaraq, zərərçəkmiş şəxs İnarə Orucovaya məxsus, dəyəri  3000 manat olan qızıl-zinət əşyalarını oğurlamaqla maddi ziyan vurub.

Nizami RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində, əvvəllər məhkum olunan Zakir Verdiyevin yeri müəyyən olunaraq istintaqa cəlb olunub. İstintaq zamanı saxlanılanın Nizami və Xətai rayonu ərazilərində oxşar cinayət əməllərinin törətməsi məlum olub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Region TV

Videonu izləmək üçün şəklə klikləyin.


фото


Xəbərin orijinal ünvanı: http://news.milli.az/crime/333235.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR