Lənkəranda mərmi həyəcanı

Lənkəranda mərmi həyəcanı
13:56 7 Aprel 2015
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Lənkəran rayonunda top mərmisi tapılıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, polis əməkdaşları tərəfindən İstisu qəsəbəsinin ərazisində 1 ədəd top mərmisi tapılıb. Mərmi ərazidə müvafiq qaydada zərərsizləşdirilib.

İstisu qəsəbə icra nümayəndəsinin müavini Xanbaba Məmmədov ANS PRESS-in bölgə müxbirinə açıqlamasında bildirib k, mərminin tapıldığı həmin ərazi vaxtı ilə Sovet qoşunlarının poliqona getdiyi yolun üzərindədir. Onun sözlərinə görə, ola bilsin ki, mərmi bura həmin vaxtı atılıb.

İşlək vəziyyətdə olan hərbi sursat təhlükəsiz yerdə xüsusi şəraitdə zərərsizləşdirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) tərəfindən bu ilin martında 1,886,457 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 77 ədəd partlamamış hərbi sursat, 4 ədəd tank əleyhinə və 8 ədəd piyada əleyhinə mina aşkarlanaraq zərərsizləşdirilib. Əməliyyatlarda 485 nəfər minaaxtaran mütəxəssis və 117 nəfər yardımçı heyət iştirak edib. Həmçinin əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it cəlb olunub. Bu ilin mart ayı ərzində mina/PHS hadisəsi qeydə alınmayıb.

Ümumiyyətlə, indiyədək cəmi 283,053,372 kvadratmetr ərazi təmizlənib, 689,960 ədəd mina və PHS-lər tapılaraq zərərsizləşdirilib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336380

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR