Reyd zamanı 30 sürücü cərimələndi

Şirvan şəhərində yol-hərəkət qaydalarının pozulması ilə bağlı reyd keçirilib.

Şirvan şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin keçirdiyi reyd zamanı 30-a qədər avtonəqliyyat vasitəsinin idarə olunmasında qanun pozuntusu aşkar edilib.

Reyd zamanı avtomobillərin arxa yan şüşələrində görməsi məhdud olan plyonkaları mövsümün bitməsindən sonra istifadə edən sürücülərə inzibati protokollar yazılaraq cərimələr tətbiq olunub. Plyonkalar avtomobillərdən yerindəcə çıxarılıb.

Digər hallarda avtomobilləri standartlara uyğun gəlməyən dövlət nömrə nişanları ilə idarə edən, yerli marşrutlar üzrə sərnişindaşıma qaydalarını pozan, avtomobillərin konstruksiyasında dəyişiklik edən, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər cərimələnib. Bir neçə avtomobil duracağa yerləşdirilib.

Yollarda hərəkətin təhlükəsizliyini təmin etmək məqsədi ilə növbəti reydlərin qonşu rayonlarda da keçiriləcəyi gözlənilir. //APA

Polis sevgilisi ilə qaçan qız özünü niyə öldürüb? - FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR