Qarnına yapışıq əkizi ilə doğuldu

Körpə qarnına yapışmış əkizi ilə dünyaya gəlib.

Metbuat.az xəbər verir ki, qeyri-adi hadisə Hindistanda baş verib. “Daily Mail”in xəbərinə görə, Hemlata Singhin dünyaya gətirdiyi Sonni adlı körpə qarnına parazit əkizi ilə doğulub. Beyni inkişaf etməyən körpənin bağırsaqları və mədəsi olmayıb. Həkimlər körpəni təcili əməliyyata alıblar. 80 faiz ölüm riski daşıyan əməliyyat uğurla başa çatıb. Əkiz parazit, körpənin qarnından götürülüb. Parazit əkiz xəstələrinin milyonda bir olduğunu deyən Sonninin həkimi körpənin vəziyyətinin yaxşılaşdığını bildirib.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR