Bakı Təhsil İdarəsindən məktəb bufetləri ilə bağlı AÇIQALMA - EKSKLÜZİV

Bakı Təhsil İdarəsindən məktəb bufetləri ilə bağlı AÇIQALMA - EKSKLÜZİV
13:04 7 Aprel 2015
614 Sosial
Ölkə mətbuatı
A- A+

Bir müddət öncə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakıda 8 məktəb bufetinin bağlanması haqqında məlumat yaymışdı. Verilən məlumatda qeyd olunurdu ki, son vaxtlarda şagirdlərin qidalanmasında yol verdikləri nöqsanlara görə Binəqədi rayonu 30, 83, 99, 143, 205, 248 nömrəli, Sabunçu rayonu 80 nömrəli məktəblərin bufetlərinin fəaliyyəti dayandırılıb, Qaradağ rayonu 101, 127, 223, 288, 294, 321 nömrəli, Sabunçu rayonu 169 nömrəli, Suraxanı rayonu 275 nömrəli, Səbail rayonu 162 və 190 nömrəli məktəblərin bufet işçiləri isə cərimə ediliblər. Bundan başqa, aşkarlanmış nöqsanlara görə “Gənclik" İaşə Birliyinin “Ankara Məktəbi” məktəb liseyinin bufetində fəaliyyət göstərən işçisi Xədicə Abdullayeva cərimə olunub.

Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi Lent.az-ın sorğusunu cavablandırıb. BŞTİ-dən bildirilib ki, İdarə və aidiyyatı dövlət qurumları məktəb bufetlərini daimi nəzarətdə saxlayır və bu məqsədlə vaxtaşırı yoxlamalar aparılır. Təhsil İdarəsindən o da bildirilib ki, iki il ərzində bu sahədə əsaslı irəliləyişə və dəyişikliyə nail olunub.

“Qeyd olunan mənfi hallar yanvar ayında qeydə alınmış və fevral ayında problemlər aradan qaldırılaraq bufetlər fəaliyyətə başlayıb. Lakin buna baxmayaraq qüsurlu fəaliyyətə görə, həmin məktəbin operatoru ilə müqavilə ləğv olunub. Bu bufetlərdə xidmət digər operatorlara həvalə edilib. Bununla yanaşı qeyd etmək lazımdır ki, 54 və 80 nömrəli məktəblərdə bufetlərin bağlanması və 223,288,321,162, 189-190 və 169 nömrəli məktəblərə cərimə tətbiq olunması barədə məlumat həqiqətə uyğun deyil”.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/198486

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR