Oxot faciəsindən sağ çıxanlar: "İnsanlar şokda idilər"

Oxot faciəsindən sağ çıxanlar: "İnsanlar şokda idilər"
14:05 7 Aprel 2015
44 Dünya
Ölkə mətbuatı
A- A+

Oxot dənizində batmış "Dalni Vostok" traulerindən sağ çıxmış şəxs bildirib ki, qəza gəminin həddən artıq yüklənməsi səbəbindən baş verib.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən sağ çıxmış daha bir ekipaj üzvü deyib ki, traulerdə xilasetmə vasitələri kifayət qədər olub: "Lazım olan hər şey var idi, lakin insanlar şokda idilər".

Qeyd edək ki, "Dalni Vostok" trauleri ötən həftənin cümə axşamı Oxot dənizində batıb. Xilasedicilər 132 balıqçıdan 119-nu xilas edə biliblər. Onlardan 56-ı ölüb. 13 dənizçinin taleyi naməlum olaraq qalır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333246.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR