Play Store

Özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq - Azərbaycanda

Azərbaycanda mülkiyyət formasına görə üç cür peşə təhsili müəssisələri fəaliyyət göstərə biləcək.

Yeni hazırlanmış “Peşə təhsili haqqında” qanun layihəsinin 10-cu (Peşə təhsili) maddəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət formasına görə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinin fəaliyyət göstərməsi nəzərdə tutulur.

Bütün peşə təhsili müəssisələrində isə tədrisin yalnız əyani formada keçirilməsinə icazə veriləcək.

Mülkiyyət formasında asılı olmayaraq, bütün peşə təhsili müəssisələrində hüquqi təminat eyni olacaq.

Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. //APA

Uşaqlarını öldürən anaya cəza verilmədi - Səbəbi isə... / FOTO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR