Çində qorxulu partlayış

Çində qorxulu partlayış
14:06 7 Aprel 2015
61 Ölkə
Ölkə mətbuatı
A- A+

Çinin Fuszyan əyalətindəki kimyəvi zavodda güclü partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, hadisə yerli vaxtla bu gecə qeydə alınıb. Partlayış dalğası o qədər güclü olub ki, zavoda yaxın yerləşən binaların damı dağılıb və pəncərələrin şüşələri sınıb.

İstehsal vaxtı paraksilol kimi zəhərli maddələrdən istifadə olunur. İnsan ölümü və zərər barədə dəqiq informasiya verilməsə də, şahidlər bir nəfərin yaralandığını bildiriblər. Hadisə yerinə 430 xilasedici göndərilib.

Xatırladaq ki, bu, son iki il ərzində zavodda qeydə alınan ikinci belə hadisədir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=336306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR