Yeni televiziya qülləsinin istifadəyə veriləcəyi TARİX

Bakıda alternativ televiziya qülləsinin 2018-ci ildə istifadəyə verilməsi gözlənilir.

Bu barədə “Teleradio” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, alternativ televiziya qülləsinin istifadəyə verilməsi üzrə işlər demək olar ki, başa çatıb: “Hazırda biz lazımi avadanlığın tədarük olunmasını gözləyirik. Bu, yaxın zamanlarda baş verəcək. Alternativ televiziya qülləsi zərurət yaranacağı təqdirdə, məsələn efir məkanında profilaktika keçirilərkən işə salınacaq”.

Əvvəlcə alternativ televiziya qülləsi vasitəsilə sosial paketə daxil olan telekanallar və İctimai radio yayımlanacaq.

Qeyd edək ki, alternativ televiziya qülləsi Nərimanov rayonunda yerləşir və Bakı Teleqüllə Kompleksi ilə əlaqələndiriləcək. //Trend

Azərbaycanda növbəti ZƏLZƏLƏ BAŞ VERDİ - SON DƏQİQƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR