Play Store

Oğurlanmış qoyunlar sahibinə qaytarılıb

Biləsuvarda oğurlanmış qoyunlar sahibinə qaytarılıb.

DİN mətbuat xidmətinin Lənkəran regional qrupundan Metbuat.az-a verilən məlumata görə, Biləsuvar rayonunun Ovçubərə kənd sakini Yavər Rüstəmov 3 baş qoyununun itməsi ilə bağlı Rayon Polis Şöbəsinə müraciət edib.

Əməliyyat-axtarış tədbirlərinə başlayan polis əməkdaşları oğurlanmış qoyunların Əmənkənd kəndindəki mal-qara alverçisinin tövləsində olduğunu və heyvanları ona satan şəxsi müəyyən ediblər.

Şübhəli şəxs qismində saxlanılaraq Polis Şöbəsinə gətirilən Ovçubərə kənd sakini Sübhan Talıbov qoyunları gecə saatlarında örüş sahəsindən oğurlayaraq öz həyətinə gətirdiyini, sonra isə öz heyvanları adı ilə qonşu kənddən olan mal-qara alverçisinə 320 manata satdığını etiraf edib.

Polis əməkdaşları tərəfindən həmin heyvanlar aşkar olunaraq maddi sübut kimi götürülüb və sahibinə qaytarılıb.

Faktla bağlı Biləsuvar RPŞ-də cinayət işi başlanılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR