Play Store

Səhvən 13 il həbs edilən sakinə rekord məbləğdə kompensasiya ödəniləcək - FOTOLAR

Törətmədiyi cinayətə görə məhkum olunmuş və 13 il həbsxanada qalmış İsveç vətəndaşı Kay Linnaya rekord məbləğdə - 3 milyon dollara bərabər kompensasiya ödəniləcək.

Metbuat.az xəbər verir ki, İsveç KİV-ləri bu barədə məlumatı zərərçəkənin vəkilinə istinadən yayıblar. Vəkilin sözlərinə görə, kompensasiyanın məbləğinə təsir edən əsas amil onun müştərisinin törətmədiyi cinayətə görə həbsxanada olduğu müddətdir. Bununla əlaqədar, Kay Linna 20-25 milyon İsveç kronu məbləğində, yəni təxminən 3 milyon dollara yaxın kompensasiya almağa ümid edə bilər.

Beləliklə, hakimiyyət orqanları Kay Linnaya işini, əmək gəlirini itirməsinin və həbsə salınmasının, necə deyərlər, əvəzini ödəmək istəyirlər.

Kay Linna 2004-cü ildə Kalamark şəhərində qarət və ağır qətl törətməkdə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum olunub.

Yerli qəzetlər qeyd edirlər ki, məhkəmənin çıxardığı qərar lazımi sayda dəlillərlə əsaslandırılmayıb. Kay Linna özü həmin cinayətdə əli olmasını daim inkar edib və dəfələrlə digər məhkəmələrə şikayətlə müraciət edib. Yalnız indi, iş üzrə yeni dəlillər üzə çıxdıqdan və işə təkrar baxıldıqdan sonra İsveç məhkəməsi Linnanın üzərindən bütün ittihamları rəsmən götürüb. Beləliklə, məhkəmə instansiyaları etiraf ediblər ki, bu şəxsin təqsirkar olmamasını sübut edən kifayət qədər məlumata malik olmayıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR