Saxtakar şəxs özünü qadın həkimi kimi qələmə verdi - Onlarla xanımı...

Hollandiyada özünü qadın həkimi kimi tanıdan Ron adlı kişi qanunsuz fəaliyyətinə görə polis tərəfindən saxlanılıb.

Metbuat.az-ın məlumatına görə, araşdırmalar nəticəsində həmin şəxsin həkim sahəsindən anlayışı olmadığı, əslində masajçı olduğu üzə çıxıb. 2007-ci ildən doktor kimi fəaliyyət göstərən saxtakar, ehtiras barədə araşdırmalar apardığını irəli sürərək xanımları testlərə cəlb edib.

Bunun qarşılığında isə onlara 200 avro ödəyib. Bu yolla qadınlarla yaxınlıq edən saxta doktorun günahı sübuta yetirilib. O, 4 il azadlıqdan məhrum edilib.

Sübhan / METBUAT.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR