Azərbaycanda benzin bahalaşdı

Azərbaycanda "Aİ-95" premium və “Ai-98” super markalı benzinin qiymətində artım baş verib.

Metbuat.az-ın məlumatına görə, hazırda xaricdən idxal edilən hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0,20 manat artaraq, müvafiq olaraq 1,25 və 1,50 manata çatıb. SOCAR-dakı mənbələrdən verilən məlumata görə, bunun səbəbi həmin markalı benzinin başqa ölkələrdən idxal edilməsidir.

Qeyd olunur ki, "Aİ-95" və “Ai-98” markalı benzinin qiyməti dünya bazarında premium markalı benzinin qiymət tendensiyasından asılıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR