AFFA daha iki milli komanda yaradır

14:12 7 Aprel 2015
71 İdman
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 14:05 ]


Bakı – APA. “Aşağı yaş qrupu üzrə milli komandalarımızın hamısına yerli mütəxəssis gətiriləcək”. Bu sözləri apasport.az saytına Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

 

17 yaşadək futbolçulardan ibarət yığmamızın baş məşqçisi vəzifəsinə Təbriz Həsənov təyin olunsa da, hazırda U-15 və U-19 millilərimiz başsızdı. Sadıqov bu məsələ ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədovla növbəti dəfə görüşəcəklərini bildirib: “Dünənki görüş zamanı qərara alındı ki, Məşqçilər Komitəsi baş məşqçiliyə namizədlərini müəyyənləşdirsin. Hər posta bir yox, bir neçə namizədimiz olacaq. Aprelin 9-da baş katiblə yenidən görüşəcəyik və siyahını ona təqdim edəcəyik. AFFA rəhbərliyi də həmin namizədlər arasında seçim edəcək. Həmin iclasda U-17-nin proqramının da geniş müzakirəsi olacaq. Çünki gələn il 17 yaşlılar arasında Avropa çempionatı Bakıda keçiriləcək və bu yığmaya böyük önəm veririk”.

 

AFFA İcraiyyə Komitəsinin yeni üzvü onu da əlavə edib ki, seçim edərkən məşqçilərin kateqoriyalarına da önəm veriləcək: “Qərara alınıb ki, milli komandalarımızdakı bütün baş məşqçilərin ən azı “A” kateqoriyası olsun. Gələcəkdə isə yalnız PRO kateqoriyası olanlar bu vəzifələrdə çalışa biləcəklər. Fikrimcə, bu, məşqçilər arasında da rəqabət yaradacaq”.

 

Sadıqov eyni zamanda daha iki yığmanın yaradılacağını söyləyib: “U-18 və U-20 millilərinin yaradılmasının da müzakirəsi aparılır. Artıq bu məsələ dəqiqləşmək üzrədi. U-16, U-18 və U-20 özlərindən bir yaş qrupu böyük olan yığmaların ehtiyat qüvvəsi olacaq. Onların da ayrıca baş məşqçiləri olacaq. Bununla beynəlxalq arenalarda iştirak edən U-17, U-19 və U-21 millilərimizin daha hazırlıqlı və güclü olacağını düşünürük. Çünki belədə futbolçular bu yaş qruplarına hazır yollanacaqlar. Hazırda 15-21 yaş arası olan 300-ə yaxın futbolçu seleksiyaçıların diqqət mərkəzindədi. Onların içindən seçimlər aparıb Azərbaycan futbolunun gələcəyini formalaşdırmaq istəyirik. Fikrimcə, bu addım öz faydasını verəcək”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378703

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR