​Zimbabve prezidenti hərbi çevrilişdən sonra

Zimbabve prezidenti Robert Muqabe hərbçilərin ölkədə nəzarəti ələ almasından sonra ilk dəfə ictimaiyyət önünə çıxıb.

Metbuat.az-ın məlumatına görə, o, paytaxt Hararedəki universitetlərin birində diplomların verilməsi mərasimində iştirak edib. Analitiklər hesab edir ki, ordu bununla ölkədə vəziyyətin normal olduğunu göstərməyə çalışır.

Baş Qərargahın bəyanatında qeyd olunur ki, Muqabe ilə danışıqlarda onun ətrafındakı cinayətkarların tapılması üçün mühüm irəliləyiş əldə edilib.

Prezidentin taleyinin necə olacağı isə məlum deyil.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR