İran ilk beynəlxalq yardımı Pakistandan qəbul edib

İraq-İran sərhəddində baş vermiş güclü zəlzələ ilə bağlı Tehran ilk beynəlxalq yardımı Pakistandan qəbul edib.

Metbuat.az-ın məlumatına görə, Pakistanın göndərdiyi yardım bu gün gecə saatlarında fəlakət bölgəsinə çatacaq. Xatırladaq ki, noyabrın 12-də baş vermiş 7,3 bal gücündə zəlzələdən sonra, aralarında İsrailin də olduğu bir çox ölkə İrana yardım təklif edib.

Lakin Tehran beynəlxalq yardıma ehtiyac duymadıqlarını bəyan edib.

530-dan çox insanın ölümünə səbəb olan yeraltı təkanların fəsadlarının aradan qaldırılması üçün işlər davam edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR