Xalq artisti: "Atam anama dedi ki, bu cür oğul böyütməzlər" - FOTO

Xalq artisti: "Atam anama dedi ki, bu cür oğul böyütməzlər" - FOTO
21:27 17 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Xalq artisti Tariyel Qasımov sənətdə çəkdiyi çətinliklərdən danışıb. Aktyor atasının ona qoyduğu qadağanı illər sonra Milli.Az oxucuları ilə bölüşüb.

"Mən aktyorluğa sənədlərimi verəndə bizim evdə böyük qalmaqal oldu. Atam anamla dalaşdı ki, bu cür oğul böyütməzlər. Çünki mən özbaşına idman universitetini tərk edib, sənədlərimi aktyorluğa vermişdim. Atam aktyor olmağıma görə mənimlə uzun illər danışmadı. 4 il tələbə yoldaşım Şahmar Ələkbərovun evində qaldım. Bu illər ərzində onun məndən heç xəbəri olmadı. Sonradan mən xalq artisti olanda o hər yerdə deyirdi ki, xalq artisti Tariyel Qasımovun atasıyam. Mənimlə fəxr edirdi" - deyə aktyor bildirib.

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/600006.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR