Ağdam rayon kənd təsərrüfatı idarəsinin inzibati binasının inşası may ayında başa çatacaq

14:13 7 Aprel 2015
432 Ölkə
Ölkə mətbuatı
A- A+


Ağdam, 7 aprel, Tahir Ağaməmmədov, AZƏRTAC
Ağdam rayonunun Quzanlı qəsəbəsində kənd təsərrüfatı idarəsi üçün inzibati bina inşa edilir.
AZƏRTAC xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə tikintisinə ötən il başlanılan binada artıq son tamamlama işləri görülür. 3360 kvadratmetr ərazidə inşa edilən binanın tikinti sahəsi 624 kvadratmetrdir. Hazırda bina daxilində elektrik xətlərinin və istilik sisteminin çəkilişi, fasad hissədə dekorativ işlər görülür. Yeni binada baytarlıq idarəsinin, dövlət texniki nəzarət müfəttişliyinin, dövlət toxum müfəttişliyinin, bitki mühafizə mərkəzinin, süni mayalanma mərkəzinin fəaliyyəti üçün hər bir şərait yaradılacaq.
İnşaat işlərinin bu ilin may ayında başa çatdırılması nəzərdə tutulur.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Agdam_rayon_kend_teserrufati_idaresinin_inzibati_binasinin_insasi_may_ayinda_basa_chatacaq-844210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR