Arif Quliyev: "Nə ata nəvazişi gördüm, nə də ana"

Arif Quliyev: "Nə ata nəvazişi gördüm, nə də ana"
21:37 17 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

Xalq artisti Arif Quliyev uşaqlığını xatırlayıb.

Aktyor unuda bilmədiyi günləri Milli.Az oxucuları ilə bölüşüb.

"İnsanın həyatında elə dəqiqələr var ki, onları unuda bilmir. Uşaqlığımla bağlı demək olar ki, heç nə yadıma gəlmir. Təkcə o yadıma düşür ki, bir qadın məni gətirib Mərdəkandakı uşaq evinin qabağına qoydu. Ağladığımı görüb məni aldatdı ki, "peçenye alıb gəlirəm". Uşaq evinin işçiləri məni qapıdan götürüb apardılar. 2-3 il mən həmin uşaq evində təhsil aldım. Nə ata nəvazişi gördüm, nə də ana (kövrəlir). Biz komediya aktyoruyuq, səhnədə gülüb, həyatda ağlayırıq. Amma buna baxmayaraq tamaşaçıların üzündə təbəssüm yarada bilirik", - deyə aktyor bildirib.

Əli Rəhimoğlu

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/600005.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR