“Moskva Siti”də atışma - 6 yaralı

“Moskva Siti”də atışma - 6 yaralı
00:59 18 Noyabr 2017
117 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtında, “Moskva Siti” biznes mərkəzinin qarşısında silahlı insident baş verib.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, naməlum şəxslər və mühafizə xidmətinin əməkdaşları arasında atışma baş verib.

 

İlkin məlumata görə, insident nəticəsində 6 nəfər yaralanıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib, daha 2 nəfərə hadisə yerində tibbi yardım göstərilib.

 

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib. Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir. İnsidentin səbəbləri müəyyənləşdirilir.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/288194

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR