Fənərbaxça klubunun avtobusuna silahlı basqınla əlaqədar iki nəfər saxlanılıb

Fənərbaxça klubunun avtobusuna silahlı basqınla əlaqədar iki nəfər saxlanılıb
14:23 7 Aprel 2015
35 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 7 aprel, AZƏRTAC
Türkiyənin Trabzon əyalətinin valisi Əddül Cəlil Öz mətbuat konfransında çıxış edərkən Fənərbaxça futbol klubunun avtobusuna silahlı basqınla əlaqədar 3 şahidin ifadəsinin alındığını bildirib.
AZƏRTAC Anadaolu informasiya agentliyinə istinadla xəbər verir ki, dəllilər və şahidlərin ifadəsi əsasında iki nəfərin saxlanıldığını deyən Trabzon valisi onların hələ cinayəti etiraf etmədiklərini də qeyd edib.
Hadisənin terror qruplaşmaları ilə bağlılığı barədə suallara cavab verən Əddül Cəlil Öz hadisənin lokal xarakter daşıdığını və terrorla əlaqəsini iddia etməyin hələ tez olduğunu vurğulayıb.
Qeyd edək ki, aprelin 4-də Türkiyədə “Fənərbaxça” futbol klubunun avtobusu silahlı hücuma məruz qalmışdı. Hücum “Fənərbaxça”-“Çaykur Rizəspor” oyunundan sonra içərisində komanda üzvlərinin olduğu avtobus Trabzon hava limanına gedərkən Rizə-Trabzon yolunda baş vermişdi. Hadisə zamanı avtobusun sürücüsü yaralanmışdı.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fenerbaxcha_klubunun_avtobusuna_silahli_basqinla_elaqedar_iki_nefer_saxlanilib-844215

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR