Səudiyyə Ərəbistanı Almaniyadakı səfirini geri çağırır

Səudiyyə Ərəbistanı-Livan gərginliyinin dalğası Yaxın Şərqdən Avropaya yayılır.

Metbuat.az-ın məlumatına görə, Almaniyanın xarici işlər naziri Siqmar Qabrielin Livan Baş naziri Saad Həririnin istefasını kəskin tənqid etməsi Riyad rəhbərliyini qəzəbləndirib. Bu səbəbdən, Səudiyyə Ərəbistanı Berlin səfirini geri çağırır. Səudiyyəlilər Almaniyanın ər-Riyad səfirinə də etiraz notası verməyə də hazırlaşır.

Ölkənin rəsmi xəbər agentliyi “SPA”da dərc olunan xəbərdə Qabrielin tənqidləri “haqsız və çirkin” adlandırılıb və qınanıb.

Qeyd edək ki, Almaniya XİN rəhbəri həmin fikirləri Berlində Livan xarici işlər və miqrasiya naziri Gebran Bassili qəbul etdiyi zaman bildirib.

Günay Elşadqızı / METBUAT.AZ

Bağdad rəsmən açıqladı - “İŞİD hərbi güc baxımından bitdi”

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR