İstefa verən baş nazir Fransaya getdi

Səudiyyə Ərəbistanında istefa verən Livanın baş naziri Saad Həriri Fransaya səfər edib.

Metbuat.az-ın məlumatına görə, Həriri və ailəsini aparan təyyarə artıq Parisə çatıb. Livan televiziyası Həriri və həyat yoldaşı Laranın Parisə getməyini canlı yayımlayıb.

Həriri yola çıxmamışdan əvvəl açıqlamasında bildirib ki, Livandakı vəziyyətin gələcəyi haqqında məsləhətləşmələr üçün Səudiyyə Ərəbistanındadır, digər yayılan xəbərlər əsassızdır.

Qeyd edək ki, Fransa Prezident Aparatının məlumatına görə, dövlət başçısı Emmanuel Makron günorta saatlarında Həriri ilə görüşəcək. Həririnin Parisdə nə qədər müddət qalacağı, Beyruta nə vaxt geri dönəcəyi hələ ki, məlum deyil.

Günay Elşadqızı / METBUAT.AZ

Çində 6,3 bal gücündə zəlzələ oldu

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR