Dollarla bağlı qorxunc proqnoz

Dollarla bağlı qorxunc proqnoz
14:41 7 Aprel 2015
1046 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın nəhəng ölkələri dollardan yaxa qurtarmağın yollarını axtarır.

ANS PRESS-in Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, dünya ölkələrinin valyuta ehtiyatları artaq nəzərəçarpacaq dərəcədə azalmağa başlayıb. Bu tendensiya isə daha çox inkişaf etmiş Qərb ölkələrinə zərbə vuracaq. Ancaq dollar hələ bir müddət dominant valyuta olaraq mövqeyini qoruyub saxlayacaq. İnkişaf etmiş ölkələrin Mərkəzi Bankları 90-cı illərin sonunda Asiya ölkələrini vuran qoyan böhrandan sonra daxili bazarı qorumaq üçün valyuta ehtiyatlarını artırmağa başladılar.

Dünyanın əsas valyuta ehtiyatı saxlancları Çin, Yaponiya, Səudiyyə Ərəbistanı, İsveçrə, Braziliya və Rusiyadır.

Dünyanın ən böyük ehtiyat valyuta saxlancı sayılan Çin 2014-cü ilin dekabrında ehtiyatları 4 trilyon dollara çatdıqdan sonra bunu 3,8 trilyon dollaradək endirib. Bu hadisələrin fonunda Rusiyanın da ehtiyat valyutası 493 milyard dollardan 360 milyardadək endi. Bu isə ümumi ehtiyatın 27 faizi deməkdir.

Ancaq ard-arda rekord vuran dolların aqibəti gələcəkdə acınacaqlı ola bilər. Deutsche Bank-ın analitikləri dolların bahalaşmasının transmilli Amerika şirkətlərinə mənfi təsir edəcəyini düşünürlər.

Qeyd edək ki, artıq ilk belə siqnal gəlib. Amerikanın zərgərlik nəhəngi Tiffany gəlirinin getdikcə azaldığını elan edib. Kompüter avadanlığı nəhəngi Oracle də gəlirinin azaldığını bəyan edib. Bütün bunların fonunda Çin və Rusiya kimi dövlətlərin dollardan imtina etmək fikirlərinin olması xəbəri də ABŞ-ı ciddi düşünməyə vadar edir. Analitiklər dolların mövqeyinin yaxın zamanda nəzərəçarpacaq dərəcədə azalacağlını güman edirlər.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=336400

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR