Play Store

"İki ölkə bütün məsələlərdə bir-birini dəstəkləyir” - Azərbaycan-Pakistan dostluğu

Azərbaycanın Pakistandakı Səfirliyi tərəfindən Azərbaycan-Pakistan diplomatik münasibətlərinin 25-ci ildönümünə həsr olunan növbəti tədbir Pakistanın Kəraçi şəhərində keçirilib.

Səfirlikdən Metbuat.az-a verilən məlumata görə, Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə möhkəm təməllər üzərində inşa edilib, köklü tarixə və mədəni dəyərlərə söykənən Azərbaycan-Pakistan dostluq və qardaşlıq münasibətlərinin son 25 ildə dərinləşərək inkişaf etdiyini vurğulayıb, hər iki ölkənin regional və beynəlxalq məsələlərdə həmrəylik nümayiş etdirdiyini, Pakistanın daim erməni təcavüzünü birmənalı şəkildə qınadığını, Ermənistanı bir dövlət kimi tanımadığını, Azərbaycanın da daim Pakistanı dəstəklədiyini diqqətə çatdırıb.

Sind əyalətinin baş naziri Murad Əli Şah Azərbaycan və Pakistanın qədim dövrlərdən başlayaraq, dostluq əlaqələrinə, eləcə də ticarət və mədəniyyət mübadiləsinə malik olduğunu, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən olduğunu bildirmiş, 25 illik diplomatik əlaqələr tarixində iki ölkənin demək olar ki bütün məsələlərdə bir-birini dəstəklədiyini, Pakistanın Dağlıq Qarabağ məsələsinin həllində Azərbaycanla həmrəylik nümayiş etdirdiyini, Azərbaycanın da Kəşmir məsələsində Pakistanı dəstəklədiyini deyib.

O, 2005-ci ildə Pakistanda baş verən güclü zəlzələ zamanı Heydər Əliyev Fondunun Müzəffərərabad şəhərində məktəb inşa etdiyini, eləcə də Azərbaycan Hökümətinin Pakistana maliyyə yardımı göstərdiyini bildirib, həmçinin 2010 və 2011-ci illərdə Pakistanda, eyni zamanda Sind əyalətində baş verən sel fəlakəti zamanı Azərbaycanın etdiyi 2 milyon dollar maliyyə yardımını xatırladaraq, təşəkkürlərini çatdırıb.

Baş nazir Azərbaycanın iş adamlarını Sind əyalətində həyata keçirilən alternativ və bərpa olunan enerji layihələrinə, həmçinin kömür sahələrinə sərmayə qoymağa dəvət etmiş, onların səmərəli fəaliyyəti üçün hər cür şərait yaradılacağını bəyan edib və Sind əyalətinin iş adamlarını da Azərbaycanla əlaqələri artırmağa çağırıb.

Türkiyənin Kəraçidəki baş konsulu, Kəraçidəki diplomatik korpusun duayeni Murat Onart çıxışında 3 ölkənin-Azərbaycan, Türkiyə və Pakistanın münasibətlərinin xoş niyyət və səmimi dostluq təməlində münasibətlər qurduğunu və birlikdə mühüm tərəqqiyə nail olunacağına inandığını söyləyib.

Günay Elşadqızı / METBUAT.AZ

“Türkiyənin NATO texnologiyasından istifadəsi məhdudlaşdırıla bilər”


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR