Puçdemonun ekstradisiyası ilə bağlı qərar təxirə salındı

Kataloniya Muxtar Vilayətinin eks prezidenti Karles Puçdemon və hökumətin 4 üzvü Belçikanın paytaxtı Brüsseldə hakim qarşısına çıxıb.

Metbuat.az-ın məlumatına görə, məhkəmə iclasında İspaniyanın Puçdemon və hökumət üzvləri barədə həbs və ekstradisiya tələbinə uyğun qərar verilməyib. Bağlı qapılar arxasında bir saatdan çox davam edən iclasdan sonra açıqlama verən Puçdemonun vəkili Paul Bekaert bildirib ki, məhkəmə 4 dekabra qədər təxirə salınıb. Bekaert bildirib ki, prokurorluq ekstradisiya tələbinin tətbiq edilməsini istəyir.

4 dekabrda Puçdemon və digər dörd siyasətçinin özlərini müdafiə edəcəyi gözlənilir. Məhkəmə katalon siyasətçilərinin həbs edilərək İspaniyaya təhvil verilməyi barədə qərar çıxararsa, Puçdemonun buna etiraz edəcəyi gözlənilir. Qərarın bir neçə aya veriləcəyi ehtimal edilir.

İspaniyanın Baş naziri Mariano Rahoy Brüssel məhkəməsinin verdiyi bütün qərarlara hörmət edəcəklərini açıqlayıb.

Günay Elşadqızı / METBUAT.AZ

İstefa verən baş nazir Fransaya getdi

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR