“Azəriqaz” ötən il 240-a yaxın çoxmərtəbəli binaya təbii qaz verib

17:17 9 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 09 Yanvar 2015 17:14 ]


Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi çoxmərtəbəli binalara təbii qazın verilməsi istiqamətində fəaliyyətini davam etdirir.

 

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, birlik 2014-cü ilin dekabr ayı ərzində hüquqi və fiziki şəxslərin müraciətlərini araşdıraraq, müvafiq sənədləri təqdim olunan 42 çoxmərtəbəli binaya təbii qazın verilişini təmin edib. Bu binalarda 3 485 ailə yaşayır.

 

2014-cü il ərzində təbii qaz verilmiş 238 çoxmərtəbəli binada ümumilikdə 17348 ailə yaşayır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368575

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR