Play Store

Daxili orqanında psixotrop maddə və narkotik vasitə - Aşkar edildi

İrandan gələn Azərbaycan vətəndaşının daxili orqanında psixotrop maddə və narkotik vasitə aşkar edilib.

Dövlət Gömrük Komitəsindən Metbuat.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb.

İdarənin Sərnişin şöbəsində saxlanılan vətəndaşın üzərində şəxsi yoxlama zamanı zərurət yarandığı üçün o Astara Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada tibbi müdaxilə nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bağlamada, xalis çəkisi 58,501 qram təşkil edilən psixotrop maddə - metamfetamin və 1 ədəd bükümdə, xalis çəkisi 0,090 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

Miras qalan evdən sandıq tapdı və həmin kitabın orijinalı... - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR