Sosialist Əməyi Qəhrəmanı Ərəstun Məmmədov vəfat edib

14:52 7 Aprel 2015
59 Digər
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 14:47 ]

Biləsuvar. Ağəddin Babayev - APA. Sosialist Əməyi Qəhrəmanı, Prezident təqaüdçüsü Ərəstun Surxay oğlu Məmmədov 93 yaşında uzun sürən xəstəlikdən sonra yaşadığı Biləsuvar rayonunda dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, Ə.Məmmədov yaşadığı Xırmandalı kəndinin qəbiristanlığında torpağa tapşırılıb. Dəfn mərasimində Biləsuvar Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

 

Qeyd edək ki, Ə. Məmmədov 1922-ci ildə Biləsuvarın Xırmandalı kəndində ziyalı ailəsində dünyaya gəlib. Çox gənc yaşlarından əmək fəaliyyətinə başlayıb. 1988-ci ilə kimi pambıqçılıq briqadasına başçılıq edib. Qazandığı yüksək nailiyyətlərə görə 1973-cü ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb.

 

Ərəstun Məmmədov ümumilikdə 5 orden və 15-ə yaxın müxtəlif medallarla təltif olunub. 2004-cü ilə kimi zəngin təcrübəsini rayonda taxılçılığın inkişafına həsr edib. Göstərdiyi xidmətlərə görə ona Azərbaycan Respublikası prezidentinin fərdi təqaüdü təyin olunmuşdu. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378712

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR