Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2%-dən çox artıb

Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 2%-dən çox artıb
14:52 7 Aprel 2015
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 14:47 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu il aprel ayının 1-nə olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən mart ayında əlavə olaraq 22 710 sığortaolunana fərdi şəxsi hesab açılıb.

 

DSMF-nin İctimaiyyətlə əlaqələr sektorundan “APA-Economics”ə verilən məlumata görə, bu ilin əvvəli ilə müqayisədə DSMF-in fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 2,2% artıb. Beləliklə də Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 3 041 813 nəfərə yüksəlib. DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 59,1%-i (1 797 023 nəfər) kişi, 40,9%-i (1 244 790 nəfər) isə qadındır.

 

Fərdi şəxsi hesabı olanlar arasında 30-40 yaş aralığında olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan şəxslər ümumi sığortaolunanların 24,71%-ni (751 897 nəfər) əhatə edir. Bundan başqa, fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 21,74%-ni (661 371 nəfər) 30 yaşa kimi olan şəxslər, 20,84%-ni (634 048 nəfər) 40-50 yaş aralığında olan şəxslər, 21,2%-ni (644 104 nəfər) 50-60 yaş aralığında olan şəxslər, 11,51%-ni (350 393 nəfər) 60 yaşdan yuxarı olan şəxslər təşkil edir.

 

Fərdi uçot - Azərbaycan qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il 01 yanvar tarixdən tətbiq olunan “Əmək pensiyaları haqqında” Qanununa uyğun olaraq, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378711

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR