Kater aşdı, 4 nəfər öldü

Kater aşdı, 4 nəfər öldü
14:52 7 Aprel 2015
46 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyənin qərbində yerləşən Muğla əyaləti ərazisində, Egey dənizində qeyri-leqal miqrant kateri qəzaya uğrayıb. Nəticədə 4 nəfər ölüb, 9 nəfər xilas olunub.

Anspress-in məlumatına görə, əyalətin qubernatoru Əmir Çiçək bildirib ki, miqrantların olduğu kater yunanların Kos adasına gedərkən aşıb. Qəza yerinə xilasedicilər gəlib.

Onun sözlərinə görə, belə hadisələr Egey dənizində tez-tez olur. Əfqanıstandan, Pakistandan, Suriyadan, İraqdan və regionun başqa ölkələrindən miqrantlar Türkiyə vasitəsilə Avropa İttifaqı ölkələrinə girməyə çalışırlar. Dənizdə qeyri-leqal çıxış tez-tez çoxsaylı qurbanlarla və qəzalarla müşayiət olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/333255.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR