AZAL-ın bütün uçuşlarında elektron siqaret qurğularından istifadə qadağandır

AZAL-ın bütün uçuşlarında elektron siqaret qurğularından istifadə qadağandır
17:17 9 Yanvar 2015
149 Sosial
Ölkə mətbuatı
A- A+

“Azərbaycan Hava Yolları”nın (AZAL) bütün uçuşlarında elektron siqaret qurğularından (siqaret, qəlyan, siqar) istifadə qadağan edilib.

Bu barədə Trend AZAL-a istinadən məlumat verir.

Bundan başqa, elektron siqaret qurğularının qeydiyyata alınmış baqajda daşınmasına da yol verilmir. Belə qurğular sərnişinin əl çantasında daşınmalıdır.

Həmçinin, bütün hallarda litium-metal batareyaların (UN 3090) “Azərbaycan Hava Yolları”nın təyyarələri ilə yük və ya baqaj kimi daşınması qadağandır. Litium-metal batareyalar xüsusi avadanlığın daxilində və ya avadanlıqla birlikdə daşınan zaman (UN 3091) IATA-nın Təhlükəli yüklərin daşınması qaydalarına uyğun olaraq daşınmaya hazırlanmalıdır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR