Play Store

Əhali bu səbəbdən istiliklə tam təmin edilməyib - RƏSMİ

Noyabrın 15-dən etibarən əhalinin istiliklə təmin olunmasına başlanılmalıydı. Lakin şəhərin bir çox yerlərində istilik təmin edilməyib.

Bəzi ərazilərdə isə istilik verilsə də, bu qənaətbəxş deyil. Sosial şəbəkələrdə və bəzi Kütləvi İnformasiya Vasitələrində bildirilir ki, istiliyin verilməməsinə səbəb “Azəristiliktəchizat”ın “Azəriqaz”a borclu olmasıdır.

Ötən il bununla bağlı “Azəristilik” tərəfindən rəsmi açıqlama verilmişdi. Bildirilib ki, qurum qaza görə xidmət haqqını ödəyə bilməyib. Bu səbəbdən də, onların qazanxanalarına verilən qazın təminatı kəsilib. Sonradan hökumətin müdaxiləsi problemin aradan qaldırılmasına səbəb oldu. Bununla da, dekabr ayında istilik təmin edildi.

Bəs bu il vəziyyət necə olacaq? Suala cavab tapmaq üçün “Azəristilik”lə əlaqə saxladıq. “Azəristiliktəchizat” ASC-nin Abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev bildirdi ki, bu il borc problemi həll edilib. Onun sözlərinə görə, borcun böyük qismi qaytarılıb. Qurum rəsmisi istiliyin təmin edilməsində yaranmış problemi belə izah etdi:

Bakıda bütün qazanxanalarımız işləyir. Sadəcə qazın təzyiqi aşağı olduğu üçün istilik çatdırılmır. Hazırda Bakıda 550 qazanxana var. Hardasa 500 qazanxana işə düşüb, digərləri isə mətkəblər üçün nəzərdə tutulub. Hazırda tətil olduğu üçün onların işləməsi dayandırılıb. Məktəblər fəaliyyətə başlayanda, həmin qazanxanalar da işləyəcək”.

Rafiq Əliyev əlavə edib ki, əhalinin istiliyə görə ödəmələrində də ciddi problemlər yoxdur.//Ölkə.az

ŞOK İDDİA: Dünya sabah dağılacaq - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR