WhatsApp-da yenilik

WhatsApp-da yenilik
22:37 18 Noyabr 2017
Ölkə mətbuatı
A- A+

"WhatsApp" messenceri yeniliyə hazırlaşır.

Milli.Az ölkə.az-a istinadən bildirir ki, 2013-cü ildən istifadəyə verilən səsli mesaj funksiyasında 4 ildir ki, heç bir ciddi dəyişiklik edilməyib. Şirkət artıq bu funksiya üzərində işləyərək yeniliklər etməyə hazırlaşır.

Əldə edilən məlumata əsasən səsli mesaj göndərmək istəyən şəxs düyməni sıxanda mikrofon düyməsi əvəzinə yeni interfeyslə qarşılaşacaq. Yarım saniyədən sonra isə düyməni sıxıb saxlamağa ehtiyac qalmayacaq. "WhatsApp" isifadəçisi istədiyi səsli mesajı göndərə biləcək. Yəni bu funksiyanın mahiyyəti ondan ibarətdir ki, əvvəllər səsli mesaj göndərmək üçün mikrofon düyməsini sıxıb saxlamaq lazım idi. Yeni interfeys hesabına isə buna ehtiyac qalmayacaq. İstifadəçi səs mesajı göndərə-göndərə digər ismarıclara da baxa biləcək.
Amma bu funksiyada da məhdudiyyətlər var. Fasiləsiz səsyazma zamanı şəkil və video izləmək, başqa söhbət bölmələrinə keçmək, ismarıcı çap etmək mümkün olmayacaq. Sadəcə səs göndərilən şəxslə olan ismarıcları izləmək mümkün olacaq. Əks halda səs yazısı avtomatik olaraq silinəcək.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://news.milli.az/mobilt/600566.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR