Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti jurnalistlər arasında atıcılıq turniri keçirir

14:57 7 Aprel 2015
373 Sosial
Ölkə mətbuatı
A- A+

[ 07 Aprel 2015 14:51 ]


Bakı - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti  (SHÇDX) jurnalistlər arasında Heydər Əliyevin xatirəsinə həsr edilmiş II atıcılıq turniri keçirəcək.

 

SHÇDX-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

 

Turnir mayın 2-də «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi» MMC-nin Sabunçu rayon filialında keçiriləcək.

 

Yarışda 3 nəfərdən təşkil olunmuş KİV nümayəndələrindən ibarət komandalar iştirak edə bilər.

 

Turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.

   

Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprelin 20-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud info@seferberlik.gov.az elektron ünvanına göndərmək xahiş olunur.

 

Məlumata aşağıda qeyd olunanlar daxil edilməlidir: komanda üzvlərinin adı, soyadı, atasının adı, təvəllüdü, vəzifəsi.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/378713

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR