Play Store

Torpaq sürüşməsi nəticəsində yol bağlandı - Astarada

Astarada torpaq sürüşməsi nəticəsində dağ kəndinə gedən yol qismən bağlanıb.

Məlumata görə, Astarada Təxtənəkəran-Toradi yolunun Hamuşam kəndi ərazisindən keçən hissəsində dağdan ovunub gələn torpaq layı yolu bağlayıb. Sakinlərin sözlərinə görə, yolun bir zolağı ağır texnika vasitəsi ilə təmizlənib.

Yolun ensiz və yağışlar səbəbindən sürüşkən olması sürücülər üçün təhlükə yaradır. Əlverişsiz hava şəraiti səbəbindən ərazidə təmizlik işləri müvəqqəti dayandırılıb. //APA

Azərbaycanda dəhşətli qəza: Polis əməkdaşı dünyasını dəyişdi - FOTOLAR - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR