Avtomobil 42 yaşlı piyadanı vurdu

Şirvanda piyadavurma hadisəsi qeydə alınıb.

Məlumata görə Şirvan şəhərində Hacıqabul rayonu Nəvahi kənd sakini 1975-ci il təvəllüdlü Zeynalov Elşən Ağarza oğlu “VAZ 2106” markalı avtomobil tərəfindən vurulub. Yaralı piyada sürücü tərəfindən dərhal Şirvan şəhər xəstəxanasına gətirilib.

E.Zeynalov sağ bud və omba sümüklərinin sınığı diaqnozu ilə xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib. Araşdırma aparılır.

"Qalatasaray"-dan biabırçı məğlubiyyət - VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR